Bakıxanovun ən böyük elektronika və mebel mağazası açılışa hazırlaşır – TEZLİKLƏ

13:03 - 6 Mart 2024

Bakıxanovun ən böyük elektronika və mebel mağazası açılışa hazırlaşır – TEZLİKLƏ

Ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” bu dəfə Bakıxanovda daha da böyük ərazidə fərqli üslubda dizayn edilmiş mağazası ilə alıcılarına xidmət göstərəcək.  

 

Rəsmi açılışa tam sürətlə hazırlıqları gedən yeni mağaza Dəmiryol stansiyasına 150 metr piyada məsafəsində, Bakıxanov Mall-un düz yanında yerləşir.

 

Ümumi sahəsi 5000m2 olan mağaza beş mərtəbədən ibarətdir. Burada evinizə lazım olan hər şeyi – rəqəmsal, kiçik və böyük məişət texnikası, nəqliyyat, ev tekstili, qab-qacaqlar, mebeller daxil olmaqla, ümumilikdə, 30 000-dən çox çeşiddə məhsulu rahatlıqla tapa bilərsiniz. Bundan başqa, xüsusi dizayna malik bu mağazada müxtəlif Brend Zonalarıyla yaxından tanış ola, Qəhvə Zonasında da zaman keçirə biləcəksiniz.  

 

Mağazada müştərilərin alış-veriş prosesinin rahatlığı da düşünülüb. Belə ki, burada balacaların əyləncəli zaman keçirə biləcəyi Uşaq Zonası da olacaq. Əlavə olaraq, növbə gözləyərkən kassa bölməsində ödənişsiz “WiFi” Zonasında internetdən istifadə edərək vaxtınızı səmərəli keçirə biləcəksiniz. Qısaca desək, bu “Kontakt” mağazasında hamı özünə yer tapa biləcək.

 

Beləliklə, şəbəkə hər kəsi Bakıxanovda yeni açılacaq ən böyük elektronika və mebel mağazasında gözləyir. Odur ki, rəsmi açılış tarixindən və “Kontakt”ın digər yeniliklərindən xəbərdar olmaq üçün şəbəkənin sosial media kanallarını izləyə bilərsiniz. 


Xəbər xətti

15 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin