“İcazə” blanklarının sayı 5 dəfə artıb

18:07 - 6 Mart 2024

“İcazə” blanklarının sayı 5 dəfə artıb

Son 3 ildə Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları üçün mübadilə edilən “İcazə” blanklarının sayı beş dəfə artıb.

 

Manset.az  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, ölkələr arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın 6 mart tarixində keçirilən növbəti iclasında 2023-cü il üzrə daşımaların davamlılığının təmin edilməsi məqsədilə “İcazə” blanklarının əlavə mübadiləsi və 2024-cü il üçün ölkələrimiz arasında “İcazə” blanklarının ilkin kvotası razılaşdırılıb.

İclas zamanı Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində tərəflərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə olunub. Həmçinin Orta dəhlizin davamlı inkişafının təmin olunması üçün Çindən göndərilən tranzit yüklərin hər iki ölkə daşıyıcıları tərəfindən daşınması üçün təşkilati işlərin görülməsi barədə razılıq əldə edilib.

İclasda bildirilib ki, Azərbaycan və Qazaxıstan arasında daşımaların ümumi həcmi, eləcə də region üzrə 3-cü ölkə daşımalarında iki ölkə daşıyıcılarının aktivliyi artıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin