Frankfurt hava limanı bu gün sərnişinlər üçün bağlanacaq - Bu səbəbdən

10:50 - 7 Mart 2024

Frankfurt hava limanı bu gün sərnişinlər üçün bağlanacaq - Bu səbəbdən

Almaniyanın ən böyük hava limanı olan Frankfurt hava limanı təhlükəsizlik işçilərinin xəbərdarlıq tətili səbəbiylə bu gün sərnişinlər üçün bağlanacağını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatın görə, açıqlamada tətilin gün ərzində böyük axsamalara və uçuşların ləğvinə səbəb olacağı vurğulanıb.

Həmçinin, açıqlamada "Təhlükəsizlik keçid məntəqələri bağlı qalacaq. Frankfurt Hava Limanından uçuş edən sərnişinlər qanuni olaraq tələb olunan təhlükəsizlik yoxlamalarından keçə bilməyəcəklər. ki, sərnişinlərin hava limanına gəlməməsini tövsiyə edirik” deyilib.

Birləşmiş Xidmət Sektoru Birliyi (Ver.di) Frankfurt və Hamburq hava limanlarının mühafizəçilərini işəgötürənlə əmək haqqı danışıqlarının qarşısının alınmasından sonra martın 7-də tam günlük tətilə çıxmağa çağırmışdı.

Tətillə əlaqədar Hamburq hava limanında da sabaha planlaşdırılan 141 reys təxirə salınıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin