"Neftçi"nin keçmiş futbolçusu Keysuke Honda 40 yaşında Sinqapur çempionatında debüt edib.
Manset.az Report-a istinadən xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi "Albireks Niiqata"nın (Jurong) heyətində "Houqan Yunayted"lə oyunun 82-ci dəqiqəsində meydana çıxıb.
Hondanın komandası II turun matçında üç cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, Yaponiya millisinin sabiq üzvü 2021-ci ildə "Neftçi" ilə Azərbaycan çempionu olub. O, beş qitədə - Avropa, Asiya, Şimali Amerika, Avstraliya və Cənubi Amerikada qol vuran ilk futbolçudur.