logo
logo logo
logo

Bakıda bəzi marşrut avtobuslarının yolu dəyişdirildi - SİYAHI

12:10 - 19 Sentyabr 2026

Bakıda bəzi marşrut avtobuslarının yolu dəyişdirildi - SİYAHI

Koroğlu parkı ətrafında aparılan təmir işləri ilə əlaqədar 5 avtobus xəttinin hərəkət sxemində dəyişiklik edilib.


Manset.az xəbər verir ki, təmir işləri ilə əlaqədar 3, 17, 20, 33 və 88 nömrəli avtobus marşrutlarının hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib.

Belə ki, qeyd olunan marşrutlar Ənvər Qasımzadə küçəsindən sola dönərək Mirəli Qaşqay küçəsi ilə hərəkət edir, daha sonra əvvəlki hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.

Bundan başqa, 20 nömrəli avtobus marşrutu üzrə Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında yol təmiri işləri aparılır.

Bu səbəbdən 20 nömrəli xətt üzrə avtobuslar Surxay Nəcəfov küçəsi ilə hərəkət edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az