Afrika ölkəsində 240 "Mercedes"in olduğu kolleksiya tapıldı

18:29 - 7 Mart 2024

Afrika ölkəsində 240

Cənubi Afrikada tərk edilmiş anbarda 200-ə yaxın nadir "Mercedes" avtomobilindən ibarət kolleksiya aşkar edilib. 

 

Manset.az xəbər verir ki, bu barədə "Creative Rides" hərrac şirkəti məlumat yayıb.

Maşınlar Cənubi Afrikanın məşhur kolleksiyaçısı Luis Koetzerə məxsus olub. Avtomobillərin bir neçə onilliklər ərzində anbarda dayandığı güman edilir. Luis Koetzerin qohumları onların varlığından xəbərsiz olub. İndi avtomobillər martın 25-də hərracda satılacaq.

Hərrac firmasının mütəxəssisləri qeyd edirlər ki, anbarın sahəsi üç tennis kortu ilə müqayisə olunur. Anbarda onlar 1960-1970-ci illərin çoxlu "Mercedes" avtomobilləri, həmçinin "Ford", "Cadillac" və başqa şirkətlərin modelləri tapılıb.

Qeyd olunur ki, Koetzer uşaqlıqdan avtomobil kolleksiyası ilə məşğul olan tanınmış avtomobil həvəskarı olub. O, ən çox "Mercedes-Benz" markasına üstünlük verdi və bir neçə yüz nüsxə toplaya bilib. Onların arasında həm nadir modellər, həm də məşhurlara məxsus olanlar olub. 2020-ci ildə kollektor və həyat yoldaşı qəza nəticəsində ölüb. Sonradan onların varisləri Koetzerin 240 avtomobilini hərraca çıxarıblar.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin