Bu əməliyyat dünya tibb tarixinə düşdü - FOTO

18:40 - 7 Mart 2024

Bu əməliyyat dünya tibb tarixinə düşdü - FOTO

Hindistanda qəza nəticəsində hər iki əlini itirən rəssam tarix yazacaq əməliyyat keçirib. 


Manset.az türk mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan 45 yaşlı xəstə 2020-ci ildə qatar qəzası nəticəsində qollarını dirsəkdən itirib. 

Dörd il əvvəl həyatdan küsdüyünü deyən rəssam üçün hind həkimləri maraqlı üsul sınayıblar. Beyin ölümü keçirən Meena Mehta adlı qadının qolları 45 yaşlı şəxsə köçürülüb. Mehta illər əvvəl vəsiyyətində orqanlarının bağışlanmasını istədiyi üçün ailəsi qadının qollarını rəssama verməyə razılaşıb. Mehtanın böyrəyi, qaraciyəri və buynuz qişası da üç fərqli insana köçürülüb.

Təxminən 12 saat davam etdiyi bildirilən əməliyyatda Mehtanın əlləri, qolları, vətərləri və damarları rəssamın bədəninə birləşdirilib. Bədən yeni üzvləri qəbul edəndən sonra 4 il qolları olmayan şəxs əvvəlcə baş barmaqlarını hərəkət etdirə bilib, sonra isə üzvün digər hissələrini hiss edib.

Yaxın günlərdə xəstəxanadan çıxacağı bildirilən şəxs ilk uğurlu qol transplantasiyası əməliyyatı keçirən şəxs kimi tarixə düşüb. Mövzu ilə bağlı açıqlama verən Qambhir adlı həkim "Xəstəni seçib qanı müqayisə etdikdən sonra vintlər ilə əlləri və sümükləri bərkitdik, sonra damar və sinirləri birləşdirdik" deyib.

Jalə

Manşet.az



Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin