“Qarabağ”dan qələbəyə layiq heç-heçə - YENİLƏNDİ (VİDEO)

23:40 - 7 Mart 2024

“Qarabağ”dan qələbəyə layiq heç-heçə - YENİLƏNDİ (VİDEO)

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

 

Manset.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

***23:20

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.

 

Manset.az-ın məlumatına görə, qonaqlar hesab arasındakı fərqi azaldıblar.

70-ci dəqiqədə Florian Virtz fərqlənib.

Azərbaycan çempionu hazırda öndədir - 2:1.

***23:00

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu davam edir.

 

Manset.az-ın məlumatına görə, Azərbaycan çempionu iki top fərqi ilə öndədir - 2:0.

Hazırda matçda ikinci hissə oynanılır.

Yassin Benzia 26-cı dəqiqədə fərqlənib. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

***22:48

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

 

Manset.az-ın məlumatına görə, Azərbaycan çempionu iki top fərqi ilə öndədir - 2:0.

Yassin Benzia 26-cı dəqiqədə fərqlənib. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

***22:45

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

 

Manset.az-ın məlumatına görə, Azərbaycan çempionu fasiləyə öndə yollanıb - 2:0.

Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

***22:13

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.

 

Manset.az-ın məlumatına görə, 26-cı dəqiqədə Azərbaycan çempionu rəqibi məyus edib.

Yassin Benzia topu qapıdan keçirib.

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

***20:35

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

 

Manset.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

**20:35

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

 

Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gələcək.

Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə çalışacaq.

Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.

Avropa Liqası
1/8 finalın ilk oyunu
7 mart

21:45. “Qarabağ” – “Bayer”
Baş hakim: Benua Bastien (Fransa).
Tofiq Bəhramov adına Respublika stadionu.

***19:52

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 27.Toral Bayramov,  29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade. 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov,  N.Axundzadə, 

“Bayer”: 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Tah (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Eksekiel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlozek

Ehtiyat oyunçular: Hradeski, Lomb, Stanişiç, Hofmann, Vits, Şik, Hincapye, Hlozek, Palasios, Frimpoq, Puerta, Caka


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin