Türkiyənin ilk milli təyyarə mühərriki TEI-TF6000 Turbofan Mühərriki ilk dəfə işə salınıb.
Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi naziri Prof. Dr. Haluk Görgün məlumat verib.
“Vətən övladlarının gücü sayəsindəTürkiyənin ilk Milli Turbofan Mühərriki TF6000 ilk dəfə test sistemində işə salınıb. Test prosesinin sonunda KIZILELMA və ANKA-3 güclərini TF6000-dən alacaqlar!”, - deyə nazir qeyd edib.
Bildirilib ki, bu mühərriklə Türkiyə təyyarə mühərriki texnologiyasına yetişmiş olacaq.