Latviyada Rusiya televiziyalarına baxanlar cərimələndi - TV texniki isə HƏBS EDİLDİ

23:11 - 9 Mart 2024

Latviyada Rusiya televiziyalarına baxanlar cərimələndi - TV texniki isə HƏBS EDİLDİ

Latviyada televiziya texniki Rusiya telekanallarının tüninqinə görə həbs edilib.



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Nəşrin məlumatına görə, mütəxəssiz yerli sakinlərə ölkədə bloklanan rus kanallarına qoşulmağa kömək edib. Onun azı 181 nəfərə bu xidməti göstərdiyi məlum olub.

Televiziya ustası Latviyada üç ilədək həbs, ictimai işlər və ya cərimə kimi cəzaları əks etdirən məcəllə ilə ittiham edilib. 

Bildirilir ki, telekanallara qoşulanlar da məsuliyyətə cəlb edilə bilərlər. Qanunsuz TV sistemlərindən istifadə etdiklərinə görə onları 700 avroya qədər cərimə gözləyir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin