Qaradağda it parçalayan uşağın vəziyyəti açıqlandı

11:12 - 11 Mart 2024

Qaradağda it parçalayan uşağın vəziyyəti açıqlandı

Qaradağ rayonunda it parçalayan 9 yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.

O, uşağın vəziyyətində müsbətə doğru dəyişikliklərin olduğunu deyib: “Onun vəziyyətində müsbət dinamika müşahidə olunur. Hazırda müalicəsi palata şəraitində davam etdirilir”.

Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. İtlərin hücumuna məruz qalan 9 yaşlı uşaq təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən uşağa tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin