"Azəriqaz"ın yeni baş direktorunun DOSYESİ

14:59 - 11 Mart 2024

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib.

 

Manset.az Azər Məmmədovla bağlı açıq mənbələrdən əldə etdiyi məlumatları təqdim edir.

Azər Məmmədov Azərbaycanda və İspaniyada (MBA) təhsil alıb.

O, daha əvvəl “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013), “SOCAR Georgia Gas”şirkətinin direktoru (2014-2023) vəzifələrində çalışıb.

A. Məmmədov 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb. Həmin vaxt vəzifəsindən azad edilərək "Azəriqaz"a direktor müavini gətirilib.

Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən "Azəriqaz"a rəhbərlik edirdi. O, 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Daha əvvəl "Azəriqaz"da müxtəlif vəzifələrdə çalışıb.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin