Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə təbrik məktubu göndərib

19:17 - 12 Mart 2024

Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə təbrik məktubu göndərib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Manset.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, regional və beynəlxalq əlaqələrə töhfə verəcək vəzifənizin icrasında uğurlar arzulayırıq.

Liviya Dövləti ilə dost Azərbaycan Respublikası arasında yüksək səviyyəli münasibətləri vurğulamaqla yanaşı, ümumi maraq doğuran məsələlərdə Sizinlə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik. Bütün sahələrdə və səviyyələrdə ikitərəfli əməkdaşlıq münasibətlərini möhkəmləndirən dost ölkələrimiz üçün ortaq məsələlərə xüsusi diqqət yetirəcəyinizə əminliyimizi ifadə edirik.

Dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin