logo
logo logo
logo

Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var 

11:00 - 26 İyul 2026

Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var 

Kürdəmirdə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki xəsarət alıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 26-cı kilometrliyində, rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Daewoo" markalı avtomobil yol kənarında dayanmış "VAZ-2106" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər "VAZ-2106" markalı avtomobilə dəyib.

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobillərdən biri aşıb. Bu zaman avtomobilin yaxınlığında dayanan rayon sakinləri - 34 yaşlı Kamran Məmmədov və 27 yaşlı Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az