Xankəndidə silah-sursat aşkarlandı

11:06 - 13 Mart 2024

Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, bir pulemyot, iki tapança, altı tüfəng, 21 qumbara, 21 alışdırıcı, beş rabitə qurğusu, 106 patron darağı, 6 231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursat aşkar olunaraq götürülüb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin