ABŞ senatorlarından Baydenə çağırış: "İsrailə silah göndərməyi dayandırın"

11:28 - 13 Mart 2024

ABŞ senatorlarından Baydenə çağırış:

ABŞ-da Vermont ştatının müstəqil senatoru Bernie Sandersin başçılıq etdiyi 8 senatordan ibarət qrup prezident Co Baydenə məktub göndərərək onu “İsrailə silah tədarükünü dayandırmağa” çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, senatorlar məktubda İsrail administrasiyasının humanitar yardımın Qəzzaya çatmasına mane olduğunu və bunun müvafiq beynəlxalq müqavilələri kökündən pozduğunu vurğulayıblar.

Senatorlar ABŞ-ın üçüncü ölkələrə silah satışında “humanitar yardımı əngəlləyən ölkələr dəstəklənə bilməz” müvafiq qanuna uyğun olmadığına toxunublar.

Məktubda "Federal qanunlar aydındır; Qəzzə böhranının aktuallığı göz qabağındadır və baş nazir Netanyahunun ABŞ-ın bu məsələ ilə bağlı narahatlığını dəfələrlə görməməzlikdən gəldiyi açıq-aydın görünür. Dolayısı ilə bu siyasətdə dəyişiklik etmək üçün təcili tədbirlər görülməlidir” ifadələrinə yer verilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin