Ərdoğanın qəzaya düşən mühafizəçilərindən biri də öldü

11:26 - 14 Mart 2024

Ərdoğanın qəzaya düşən mühafizəçilərindən biri də öldü

Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşları Şırnak şəhərində yol qəzası keçirib. 

 

Manset.az “Qafqazinfo”ya istinadən məlumatına görə, qəza nəticəsində yaralanan polis əməkdaşlarından daha biri dünyasını dəyişib.

Məlumata görə, polis İlker Duranın həyatını xilas etmək mümkün olmayıb.

Bununla da qəza zamanı həlak olan polislərin sayı ikiyə çatıb. Belə ki, dünən qəza nəticəsində polis Fırat Dere həlak olub, daha 2 nəfər isə yaralanıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin