"Şəxsiyyət ola biləcək aparıcılarımız azdır" - Nailə İslamzadə

00:36 - 19 May 2024

Əməkdar artist Nailə İslamzadə "Həftənin qonağı" verilişində qonaq olub.

 

Axşam.az xəbər verir ki, aparıcı həmkarlarından danışıb.

"Aparıcı verilişin fəqərə sütunudur. O necə təqdim edirsə, o formada da gedir. Mənim proqramıma gələn ekspertləri sonra başqa verilişlərdə görürdüm. Orada tamam başqa cür görünürdülər. Sanki həmin hörmət orada onlara olmurdu. Ya aparıcı eksperti qorumurdu, ya da studiyada olan tamaşaçılarla aralarındakı balans pozulurdu. Bu, aprıcının necə təqdim etməsindən asılıdır. Çox az hallarda olur ki, aparıcı şəxsiyyət olsun. Yaxşı aparıcılarımız çoxdur. Amma şəxsiyyət ola biləcək aparıcılarımız barmaqla sayılacaq qədərdir. Arxasında milyonları apara biləcək aparıcılar azdır" deyə, N.İslamzadə vurğulayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin