Covid-19 epidemiyası ömür uzunluğu 1,5 ildən çox qısaldıb - Diqqətşəkən araşdırma

12:03 - 14 Mart 2024

Covid-19 epidemiyası ömür uzunluğu 1,5 ildən çox qısaldıb - Diqqətşəkən araşdırma

Beynəlxalq araşdırma, Covid-19 epidemiyası nəticəsində 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğu 1,5 ildən çox azalıb və keçmiş artımlar kəskin şəkildə əksinə olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutu araşdırma aparıb.

1950-2021-ci illər arasında Qlobal Xəstəlik Yükü (GBD) araşdırmasında 195 ölkədə ölüm nisbətləri və gözlənilən ömür uzunluğu araşdırılıb.

İHME-də çalışan araşdırmaçılardan Dr. Austin E. Schumacher, Covid-19 epidemiyasının bütün dünyada yetkin şəxslər üzərində böyük təsirlər buraxdığını bildirib.

Schumacher, "Epidemiya zamanı ölkələrin və bölgələrin yüzdə 84-də gözlənilən ömür uzunluğu azaldı. Bu, yeni patogenlərin dağıdıcı potensial təsirlərini ortaya qoyur" deyib.

Gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığını göstərən statistik ölçüdür.

Araşdırmanın təfərrüatları "The Lancet" jurnalında dərc olunub.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin