“Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirilib  - FOTOLAR

18:45 - 14 Mart 2024

“Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirilib  - FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqimat mərasimi keçirilib. 

 

Manset.az-ın məlumatına görə, təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasını üzvü, “91-lər” dən olan Şahlar Əsgərov, YAP Veteranlar Şurasını üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Soltan Məmmədov, Jalə Əliyeva və Ramin Məmmədov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyyətinin əməkdaşları, ərazi üzrə partiya təşkilatlarının sədr, sədr müavinləri iştirak edib.YAP Yasamal rayon təşkilatında baş tutan təqdimat mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Təqdimat mərasimində çıxış edənlər- YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasını üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Milli Məclisin deputatı Soltan Məmmədov, Milli Məclisin deputatı Elnur Allahverdiyev və Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov çıxış edərək qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Bundan əlavə 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti terror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Şübhəsiz, bütün bunların fövqündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları kitabda Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm tarixi fakt yer alır. Kitabda Ümummilli liderin dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən 100 ən əlamətdar olanı seçilib, onun müsahibələrinə, çıxışlarına və bəyanatlarına, eləcə də səfərlərinə və müxtəlif görüşlərinə toxunulub. “Heydər Əliyev. 100 faktın tarixi” kitabı 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilib, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Hazırda kitabın elektron versiyası və saytı üzərində iş gedir. Rus, ingilis, fransız və çex dillərinə təcürmə olunur. Kitabın bu dillərdə də çapı nəzərdə tutulur. 


 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin