Toni Kroos Almaniya millisinə qayıtdı

00:38 - 15 Mart 2024

Toni Kroos Almaniya millisinə qayıtdı

“Real Madrid”in mərkəz yarımmüdafiəçisi Toni Kroos Almaniya millisinə çağırılıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2021-ci ildən sonra ilk dəfə millinin oyunlarında iştirak edəcək.

Futbolçu beynəlxalq karyerasını AVRO-2020-dən sonra başa vursa da, bu ilin fevralında onu bərpa etmək qərarına gəlib.

Qeyd edək ki, Kroos 11 il (2010-2021) milli komandada çıxış edib. Bu müddətdə yarımmüdafiəçi 106 matçda iştirak edib, 17 qol vurub. O, 2014-cü ildə dünya çempionu olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin