Məhkəmə İmran Xanın verdiyi apellyasiya şikayətinə baxacaq

21:37 - 14 Mart 2024

Məhkəmə İmran Xanın verdiyi apellyasiya şikayətinə baxacaq

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının lideri İmran Xanın dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə hökmündən verilən apellyasiya şikayətinə baxmağa razılıq verib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki,  apellyasiya məhkəməsi martın 18-nə təyin edilib.

Daha əvvəl məhkəmə bildirib ki, Xanın bu səs-küylü iş üzrə verdiyi hökmdən apellyasiya şikayəti vermək hüququ yoxdur.

Qeyd edək ki, yanvarın 30-da qapalı keçirilən məhkəmə prosesində Xan keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi ilə birlikdə dövlət sirri haqqında qanunun beş və doqquzuncu maddələrini pozduğuna görə 10 il həbs cəzasına məhkum edilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin