“Qarabağ” UEFA reytinqində gerilədi

17:51 - 16 Mart 2024

“Qarabağ” UEFA reytinqində gerilədi

UEFA avrokuboklarda 1/8 final mərhələsinin cavab oyunlarından sonra klub reytinqini yeniləyib

 

Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, “Qarabağ”ın da mövqeyində dəyişiklik olub.

Avropa Liqasının bu raundunda “Bayer”ə (2:2, 2:3) məğlub olan Azərbaycan çempionu reytinqdə geriləyib. Son 5 mövsümdə aktivinə 33,000 əmsal yazdıran ağdamlılar 57-ci yerə düşüb.

Reytinqə Çempionlar Liqasının son qalibi “Mançester Siti” (146,000) başçılıq edir. “Bavariya” (139,000) ikinci, “Real” (127,000) üçüncü yerdədi.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin