DİM dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirir

09:31 - 17 Mart 2024

DİM dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirir

Martın 17-də Dövlət İmtahan Mərkəzi inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.

 

Manset az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Dövlət qulluğuna qəbul imtahanı Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil olunur. İmtahan Bakı şəhərində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi, 5 saylı tədris binası) keçirilir.

İmtahanda iştirak üçün 115 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanacaq. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçirilir. Bu imtahanda iştirak edəcək namizədlər Mərkəzin saytında müvafiq linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahanın yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi, 5 nömrəli tədris binasında keçirilir. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 10:00-da başlanacaq. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 5, AC qrupu üzrə 11, BA qrupu üzrə 75, BB qrupu üzrə isə 222 olmaqla, ümumilikdə 313 namizəd qeydiyyatdan keçib.


Xəbər xətti

15 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin