Azərbaycanda beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

18:21 - 17 Mart 2024

Azərbaycanda beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, pilləkən qəfəsinin beşinci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb.

Yüksək temperaturdan su borusu 0,5 p.m əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən altı nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin