Qalmaqallı matçdan sonra TFF-dən ilk açıqlama

09:51 - 18 Mart 2024

Qalmaqallı matçdan sonra TFF-dən ilk açıqlama

Türkiye Futbol Federasyonu  "Trabzonspor" - "Fənərbaxça" matçından sonra baş verənlərlə bağlı rəsmi internet saytında açıqlama yayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada, “Bu hadisələrin təkrarlanmaması üçün araşdırmalar tamamlandıqdan sonra hadisələrə görə məsuliyyət daşıyanlara qarşı lazımi cinayət cəzalarının veriləcəyinə heç kimin şübhəsi olmasın” deyilib.

TFF-dən verilən açıqlamada, "Trabzonspor-Fənərbaxça matçı zamanı və sonrasında baş verən hadisələrlə bağlı nümayəndələrimiz və dövlət rəsmilərimizlə əlaqə saxlayırıq. Dostluq, sülh və qardaşlıq oyunu olan futbolda yaşananlar heç vaxt qəbul edilə bilməz. Bu hadisələrin təkrarlanmaması üçün araşdırmalar başa çatdıqdan sonra hadisələrə görə məsuliyyət daşıyanların cəzalandırılacağına he kimin şübhəsi olmasın” ifadələri yer alıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin