Gəncə sakinlərin nəzərinə! “Azerçay” Novruz festivalı təşkil edəcək

11:59 - 18 Mart 2024

Gəncə sakinlərin nəzərinə! “Azerçay” Novruz festivalı təşkil edəcək

Doğma çay markası “Azerçay” bayram günlərində, 20-26 mart tarixlərində, “Gəncə qalası”nda Novruz bayramı münasibəti ilə bol hədiyyəli festival təşkil edəcək. 

 

Manset.az xəbər verir ki, Gəncə sakinlərinin bayram günlərində asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulan proqramda milli adət-ənənələri özündə cəmləşdirən guşələr fəaliyyət göstərəcək.

Bununla yanaşı tədbirdə, bol hədiyyəli, bir-birindən maraqlı oyunlar, viktorinalar və yarışların keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın çay adət-ənənələrini yaşadan, doğma çay markası olan “Azerçay”, bir çox sosial layihələrin təşkilatçısı və dəstəkçisidir.

Dünyanın 40 ölkəsinə satışı həyata keçirilən adıçəkilən brend xarici istehlakçıların da sevgisini qazanaraq, “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin