Qəssam Briqadalarının lideri İsrailin hücumları nəticəsində öldürüldü - ABŞ təsdiqlədi

13:33 - 19 Mart 2024

Qəssam Briqadalarının lideri İsrailin hücumları nəticəsində öldürüldü - ABŞ təsdiqlədi

ABŞ HƏMAS-ın hərbi qanadı Qəssam Briqadalarının liderlərindən biri olan Mərvan İsanın İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində öldürüldüyünü təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatıan görə, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan məlumat verib.

Sallivan bildirib ki, onlar təşkilatın digər liderlərinin də Qəzzada tunellərdə gizləndiyini təxmin edirlər.

Qeyd edək ki, İsrail mətbuatı ötən həftə İsanın Qəzzaya endirilən hava hücumlarında ölməsi xəbərinin İsrail ordusu tərəfindən araşdırıldığını açıqlamışdı.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

15 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin