İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - YENİLƏNDİ (FOTOLAR)
19 May 2024
16:48 - 19 Mart 2024
ABŞ-da Britaniya şahzadəsi Harrinin viza statusu müzakirə olunur.
Manset.az xəbər verir ki, mövzunu yenidən gündəmə gətirən prezidentliyə Respublikaçı namizəd, sabiq dövlət başçısı Donald Tramp ona imtiyazlı münasibətə qarşı çıxıb və şahzadə Harrinin deportasiya riski ilə üzləşə biləcəyini deyib.
Tramp GB News-a müsahibəsində bildirib ki, Kaliforniyada yaşayan şahzadə Harriyə xüsusi münasibət göstərilməməlidir. Harrinin viza müraciəti ilə bağlı sualı cavablandıran Tramp ölkə ərizəsində narkotik istifadəsi ilə bağlı yalan danışdığı təqdirdə şahzadənin ABŞ-dan deportasiya oluna biləcəyinə eyham edib.
"Ona qarşı imtiyazlı rəftar olmayacaq", deyə Tramp bildirib.
Qeyd edək ki, ötən il mühafizəkar beyin mərkəzi olan "Heritage Foundation" ABŞ Daxili Təhlükəsizlik Departamentinə (DHS) qarşı məhkəmə iddiası qaldıraraq şahzadə Harrinin immiqrasiya sənədlərinə giriş tələb etmişdi. Şahzadə Harri "Ehtiyat" kitabında müxtəlif dərmanlardan istifadə etdiyini etiraf edib. Lakin onun viza ərizəsində bu barədə bəyan edib-etmədiyi məlum deyil.
Jalə
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin