İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri həbs edildi - FOTO

15:05 - 21 Mart 2024

İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri həbs edildi - FOTO

İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar.

Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən olunan həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin