Türkiyənin Cumhuriyyət Xalq Partiyasında (CHP) ciddi istefa dalğası yaşanır.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşın partiya sıralarından ayrılmasının ardından, paytaxtın daha 7 rayon bələdiyyə sədri də analoji addım atıb.
Beypazarı, Kalecik, Güdül, Polatlı, Ayaş, Şereflikoçhisar və Elmadağ rayonlarının bələdiyyə rəhbərləri CHP-dən istefa verdiklərini rəsmən bəyan ediblər.