Avropa İttifaqı (Aİ) uşaqların rəqəmsal məkanda təhlükəsizliyini təmin etmək məqsədilə tarixinin ən əhatəli hüquqi tənzimləmələrindən birini həyata keçirməyə hazırlaşır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyası tərəfindən təqdim olunan "EU KIDS Act" adlı qanun layihəsi sosial media platformalarından tutmuş video paylaşım saytlarına, onlayn oyunlardan süni intellekt çat-botlarına qədər uşaqların istifadə etdiyi bütün rəqəmsal xidmətlər üçün yeni və sərt qaydalar müəyyən edir.
Layihəyə əsasən, 13 yaşdan kiçik uşaqların sosial mediada hesab açması qadağan ediləcək, 13–15 yaş qrupundakı yeniyetmələr üçün isə məhdudlaşdırılmış hesab rejimi tətbiq olunacaq.
Tənzimləmənin əsas yanaşması uşaqların özlərini qoruması prinsipinə deyil, rəqəmsal platformaların birbaşa uşaqlara zərər vurmayacaq formada layihələndirilməsi (safety by design) öhdəliyinə əsaslanır.