logo
logo logo
logo

Hakan Fidandan Məkkə sazişi ilə bağlı AÇIQLAMA

10:12 - 23 Sentyabr 2026

Hakan Fidandan Məkkə sazişi ilə bağlı AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan “100-cü ilə doğru Türkiyə-ABŞ münasibətləri” adlı paneldə çıxış edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Husilərin Səudiyyə Ərəbistanına həyata keçirdiyi raket hücumlarının Məkkə Sazişi üçün sınaq olub-olmadığı ilə bağlı sualı cavablandıran Fidan salonda iştirak edən ABŞ-nin Ankaradakı keçmiş səfiri Ceyms Ceffridən orduda xidmət müddətini soruşub.

Ceffrinin təxminən yarım əsrlik müddəti qeyd etməsindən sonra Fidan ona “NATO-nun 5-ci maddəsinin tətbiq edildiyinə neçə dəfə şahid olmusunuz?” sualını ünvanlayıb. Salondan “Yalnız bir dəfə” cavabı verilib.

Bunun üzərinə Fidan yeni yaradılmış müdafiə ittifaqının qısa müddətdə baş verən bir böhran əsasında qiymətləndirilməməli olduğunu bildirib.

“Bu, heç də ədalətli deyil. Heç kim NATO-nu “kağız üzərində pələng” olmaqda ittiham etmir. Lakin söhbət yeni yaradılmış müdafiə ittifaqından gedəndə, 10 illik Yəmən böhranını nümunə göstərərək “Baxın, bu işə yaramır” deyirlər. Biz hələ yenicə başlamışıq”, – deyə Fidan bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az