Elm və Təhsil Nazirliyinin tabeliyində olan "Təhsil" Respublika İdman Mərkəzinə direktor təyin edilib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Toğrul Xəlilov təyin olunub.
Qeyd edək ki, Toğrul Xəlilov beşinci Yüksəliş müsabiqəsinin qalibidir.