logo
logo logo
logo

"ABŞ gəmilərini ballistik raketlərlə hədəfə almaq imkanımız var" - İran generalı

16:15 - 22 Sentyabr 2026

\"ABŞ gəmilərini ballistik raketlərlə hədəfə almaq imkanımız var\" - İran generalı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini, general-mayor Mustafa İzədi ölkəsinin ABŞ gəmilərini ballistik raketlərlə hədəfə almaq imkanına malik olduğunu bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranla ABŞ arasında gərginliyin davam etdiyi bir vaxtda İnqilab Keşikçiləri Korpusunun komandan müavini general-mayor Mustafa İzədi açıqlama verib.

Yarı rəsmi “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, İzədi region ölkələrinin regional təhlükəsizliyi birgə təmin etməli olduğunu bildirib. O, ABŞ-ın 12 ölkədə yerləşən hərbi bazalarının İran baxımından nəticə vermədiyini iddia edib.

İzədi deyib: “Düşmənin (ABŞ-ın) gəmilərini ballistik raketlərlə hədəfə almaq üçün imkan və potensiala sahibik.”

İran İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühəbbi də ABŞ-ın Kazma dağına və ya hər hansı başqa əraziyə zərbə endirəcəyi təqdirdə buna qarşı çıxacaqlarını bildirib.

İran rəsmilərinin bu açıqlamaları iki ölkə arasında gərginliyin davam etdiyi bir dövrə təsadüf edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az