logo
logo logo
logo

F-35 qırıcı təyyarəsinin hissələri səhvən Honq Konqa göndərildi

16:02 - 22 Sentyabr 2026

F-35 qırıcı təyyarəsinin hissələri səhvən Honq Konqa göndərildi

Avstraliyanın müdafiə naziri Riçard Marles ABŞ-də təmir olunması üçün göndərilən F-35 qırıcı təyyarələrinin hissələrinin daşınma zamanı səhvən Honq Konqa yönləndirildiyini təsdiqləyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yükün Honq Konqa necə çatdığı hələlik məlum deyil. Pentaqon hadisə ilə bağlı araşdırma aparır.

Avstraliyanın müdafiə naziri Riçard Marles çərşənbə axşamı ABŞ qanunvericilərinin hadisəni araşdırdığı barədə məlumatların yayılmasından sonra F-35 qırıcı təyyarələrinin hissələrinin səhvən Honq Konqa göndərildiyini açıqlayıb.

Marles Adelaidada jurnalistlərə bildirib ki, Avstraliya tərəfi hadisədən xəbərdar edilib və araşdırmaya necə yardım göstərə biləcəklərini müəyyənləşdirmək məqsədilə ABŞ və “Lockheed Martin” şirkəti ilə birgə işləyir.

“Politico” nəşri ötən həftə məsələ barədə məlumatlı üç mənbəyə istinadən xəbər verib ki, təmir üçün ABŞ-a göndərilən F-35 hissələri bu ilin yayında Avstraliyadan tranzit daşınması zamanı nəzərdə tutulmayan başqa istiqamətə yönləndirilib.

Nəşrin məlumatına görə, hissələr F-35 qırıcılarının istehsalçısı olan “Lockheed Martin” şirkəti adından fəaliyyət göstərən vasitəçi tərəfindən daşınıb.

Yükün hansı səbəbdən və hansı şəraitdə Honq Konqa yönləndirildiyi, eləcə də hissələrin hazırda harada olduğu barədə ətraflı məlumat açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az