logo
logo logo
logo

Aİ-dən uşaqların sosial media istifadəsini dəyişəcək YENİ QƏRAR

12:55 - 23 Sentyabr 2026

Aİ-dən uşaqların sosial media istifadəsini dəyişəcək YENİ QƏRAR

Avropa İttifaqı (Aİ) uşaqların rəqəmsal məkanda təhlükəsizliyini təmin etmək məqsədilə tarixinin ən əhatəli hüquqi tənzimləmələrindən birini həyata keçirməyə hazırlaşır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyası tərəfindən təqdim olunan "EU KIDS Act" adlı qanun layihəsi sosial media platformalarından tutmuş video paylaşım saytlarına, onlayn oyunlardan süni intellekt çat-botlarına qədər uşaqların istifadə etdiyi bütün rəqəmsal xidmətlər üçün yeni və sərt qaydalar müəyyən edir.

Layihəyə əsasən, 13 yaşdan kiçik uşaqların sosial mediada hesab açması qadağan ediləcək, 13–15 yaş qrupundakı yeniyetmələr üçün isə məhdudlaşdırılmış hesab rejimi tətbiq olunacaq. Bununla yanaşı, platformaların uşaqları ekrana bağlamaq üçün istifadə etdiyi sonsuz sürüşdürmə (infinite scroll) və avtomatik oynatma kimi xüsusiyyətlər də məhdudlaşdırılacaq.

Tənzimləmənin əsas yanaşması uşaqların özlərini qoruması prinsipinə deyil, rəqəmsal platformaların birbaşa uşaqlara zərər vurmayacaq formada layihələndirilməsi (safety by design) öhdəliyinə əsaslanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az