logo
logo logo
logo

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

15:50 - 23 Sentyabr 2026

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.


Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oktay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamının icrası zamanı bildirib.

Onun sözlərinə görə, Penitensiar xidmətin Lənkəranda olan müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Fransa vətəndaşıdır:

"Naxçıvandakı cəzaçəkmə müəssisəsindən 2, Lənkərandakı cəzaçəkmə müəssisəsindən də 2 nəfər olmaqla ümumilikdə 4 əfvə düşən şəxs cəzalarının çəkilməmiş hissəsindən azad olunub və sərbəst buraxılıb".

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az