logo
logo logo
logo

"Ukraynada gəmi, hərbi sənaye obyekti və hərbi anbarları vurduq" - Rusiya

16:00 - 23 Sentyabr 2026

\"Ukraynada gəmi, hərbi sənaye obyekti və hərbi anbarları vurduq\" - Rusiya

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi obyektlərə, gəmiyə, hərbi-sənaye müəssisələrinə, logistika mərkəzlərinə və anbarlara zərbələr endirildiyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Rusiya ordusunun bu hədəflərə pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyi qeyd olunub.

Açıqlamada vurğulanıb: "Paytaxt Kiyevdə və Kiyev vilayətində PUA anbarı və "Tukans" hərbi sənaye müəssisəsi, Odessa şəhərində hərbi ləvazimatların mühafizəsi və saxlanılması üçün istifadə olunan 3 logistika mərkəzi, Odessa vilayətində hərbi anbar, habelə dənizdə hərbi yük daşıyan gəmi vurularaq sıradan çıxarılıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az