Dmitriy Medvedyev: ""Əgər terror aktının arxasında Ukraynanın dayandığı müəyyən olunarsa, o zaman bütün hücum edənlər və təşkilatçılar tapılmalı və terrorçu kimi amansızcasına məhv edilməlidir. O cümlədən dövlət məmurları".
***23:54
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.
Manset.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib.
"Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini pisləyir", - xarici siyasət idarəsi qeyd edib.
---------
23:53
Özbəkistan Xarici İşlər Nazirliyi Krokusda törədilən terror aktını kəskin şəkildə pisləyib.
***23:52
Manset.az bildirir ki,Rusiyanın "Aeroflot" aviaşirkəti "Crocus City Hall"da baş vermiş faciəyə görə reysini ləğv edən sərnişinlərə aviabiletləri dəyişdirəcək və ya qaytaracaq.
***23:49
Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar universitetlərə həftə sonları kütləvi tədbirlərdən imtina etməyi və dərsləri distant təhsilə keçirməyi tövsiyə edib
***23:47
Terrorçular tərəfindən öldürülən onlarla insanın cəsədi yanan "Crocus"da qalıb.
Manset.az bildirir ki, yuxarı mərtəbələr hələ də alov içərisindədir. Yanğınsöndürənlər sağ qalanları axtarır.
***23:44
"Crocus City Hall"ın 5 əməkdaşı terror aktından sonra saxlanılıb. Vəziyyəti aydınlaşdırmaq üçün onları polis şöbəsinə aparılıblar.
***23:42
İtaliya və Almaniya da Rusiyaya başsağlığı verdi
***23:39
Moskva metrosunda sərnişinlər gücləndirilmiş nəzarət-baxışdan keçirlər.
"Myakinino" stansiyasına Metropoliten Mühafizə Xidmətinin əlavə qüvvələri, eləcə də metropolitendə polis əməkdaşları gəlib. "Myakinino" stansiyası giriş-çıxış üçün normal işləyir.
Belarus, Türkiyə, Qazaxıstan və Pakistan Rusiyaya başsağlığı verib.
***23:26
Manset.az bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti terakt zamanı 40 nəfərin öldüyün təsdiqlədi. Ölü sayının artacağı istisna edilmir.
***23:25
Terror aktında şübhəli bilinənlərdən biri saxlanılıb
***23:06
Manset.az bildirir ki, terrorçuların "Crocus City Hall"a gəldikləri avtomobil minalanmış vəziyyətdə avtomobil dayanacağındadır. Avtomobildəki əldəqayırma partladıcı qurğunun zərərsizləşdirilməsinə hazırlıq gedir
***22:56
Hadisə yerində olan azərbaycanlı Asya Cəfərova danışdı:
"Hər şey "Krokus Siti Holl" başladı, biz "Vegas Siti Holl"da Röyanın konsertinin başlamasını gözləyirdik. Zalda tüstü var idi və birdən insanlar küçəyə qaçmağa başladılar, atışma səsləri eşidildi. Küçəyə qaçdıq və gördük ki, "Krokus" yanır. Polis bütün maşınları çıxarmağa başladı. Hər yerdə təhlükəsizlik qüvvələri var. İkinci partlayış eşidildi. Bina yanmağa davam edir.
***22:53
Manset.az bildirir ki, şahidlərdən biri terrorçuları belə təsvir edir: "Ən azı beş nəfərdilər, saqqallı. Onlar hazırlanmış və öyrədilmiş döyüşcülər kimi davranırlar. Binaya girərkən mühafizəçiləri və qapıda dayanan insanları öldürdülər. Sonra əsas giriş bağlandı.
Terrorçular AKM avtomatları ilə silahlanıb. Bəzilərinin müxtəlif döyüş sursatları olan bel çantaları var".
***22:49
Hadisə şahidi. "VİP lojada idik. Nə baş verdiyini gördük. Atışma, hər yeri atəşə tuturdular, qışqırıqlar, insanların qanı axırdı. Kişilər lojanın qapısına barrikada qurdular. Sonra işçilər gəldi və sürətlə bizi pilləkənlərlə yuxarı qaldırdılar. Çox insanlar zalda qaldı".
***22:48
Hücum edənlər yeraltı dayanacaqdan "Crocus"fa qalxdılar. Kəşfiyyat orqanları hücum edənlərdən birinin orada ola biləcəyindən şübhələnirlər. Hücum edənlərin hansı maşınlarla gəldiyini də müəyyən etmək cəhdləri davam edir.
***22:37
"Crocus City Hall"dakı terror aktında yaralananların sayı 130 nəfərə çatdı
***22:35
Bu dəqiqələrdə "Crocus City Hall"da Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Rusiya Milli Qvardiyasının xüsusi təyinatlıları ilə terrorçular arasında atışma gedir.
-------
22:23
Son məlumata görə ölənlərin sayı 40 nəfərə çatıb. 100-dən çox yaralı var.
-------
22:11
Yaralıların sayının 50-yə çatdığı bildirilir.
"Crocus City Hall"dakı yanğının sahəsi 3000 kvadratmetrə qədər ola bilər. Binanın böyük hissəsi yanır. Binanın damı qismən uçub.
-------
21:57
Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda ölənlərin sayının 15-ə çatdığı bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Readovka" teleqram kanalı məlumat yayıb.
"Mash" teleqram kanalı ilə konsert salonunda partlayış baş verdiyini, tavanın çökdüyü barədə məlumat yayıb.
"Mash" eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntülərini də yayıb.
-------
21:34
Rusiyanın paytaxtı Moskvadakı "Crocus City Hall"da kamuflyajlı naməlum şəxs avtomatdan atəş açıb. Hadisə "Piknik" qrupunun konserti başlamazdan əvvəl baş verib.
Milli.Az bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxs avtomatdan atəş açıb və fişənglər atıb. Qaçan insanlar yerdə ən azı beş nəfər olan yaralıları görüblər. KİV-in məlumatına görə, azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
Atəş açanların 3 nəfər olduğu da bildirilir. Hazırda binada yanğın var.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
DİGƏR XƏBƏRLƏR
"Silahın yarısı Bakıya getdi, qalanını Kiyevə verə bilərik"
Moskvada konsert zalında dəhşət: 40 ölü, 130 yaralı - YENİLƏNİR - VİDEO - FOTO
Hadisə yerində olan azərbaycanlı Asya: Röyanın konsertinin başlamasını gözləyirdik, zalda...
Emin Ağalarov atışmanın baş verdiyi ərazidə - FOTO
Ukraynadakı münaqişəni NATO yaratdı - Çepa
Moskvada bütün mədəni tədbirlər təxirə salındı
XƏBƏR LENTİ
"Silahın yarısı Bakıya getdi, qalanını Kiyevə verə bilərik"
"Zelyonka" və yod ləkələrindən qurtulmağın sadə yolları
Moskvada konsert zalında dəhşət: 40 ölü, 130 yaralı - YENİLƏNİR - VİDEO - FOTO
Hadisə yerində olan azərbaycanlı Asya: Röyanın konsertinin başlamasını gözləyirdik, zalda...
Emin Ağalarov atışmanın baş verdiyi ərazidə - FOTO
Ukraynadakı münaqişəni NATO yaratdı - Çepa
Moskvada bütün mədəni tədbirlər təxirə salındı
Sarımsağın ziyanları
Zaxarovadan baş verənlərə ilk reaksiya
Konsertindən əvvəl dəhşət yaşanan Röya - İki dəqiqə sonra... - VİDEO
65 miqrant cəsədi tapıldı
Moskvadakı dəhşətə ABŞ-dən ilk reaksiya
Azərbaycanın etirazları işə yaradı - Dinləmələrin tarixi açıqlandı
Rusiyada Teleqram çökdü
Konsert zalına silahlı hücumun təfərrüatı məlum oldu
Bu 3 məhsul xərçəngdən qoruyur
Almaniya marixuananı leqallaşdırır
"Crocus City Hall"da baş verən yanğının VİDEOsu
"Yalı çapkını" izləyicilərinə pis xəbər
Azərbaycan millisi ilin ilk oyununda Monqolustana qalib gəldi - YENİLƏNİB - VİDEO
Fransa hərbçiləri hədəfimiz olacaq - Rusiya
İçdiyimiz sudakı bu maddə xərçəng yaradır - Şok araşdırma
"Tünzalə hamının qanını "içir"
İftar süfrəsi üçün reseptlər
23:068 402Moskvada konsert zalında dəhşət: 40 ölü, 130 yaralı - YENİLƏNİR - VİDEO - FOTO
09:456 970Nigar Camalın bu görüntüsü GÜNDƏM OLDU - VİDEO
11:366 431Vəfanın icra başçısı ilə SƏMİMİ GÖRÜŞÜ - VİDEO
15:495 975Azərbaycanlı məşqçinin VİDEOsu gündəm oldu
12:314 412Yağıntılı hava bu tarixədək davam edəcək
13:182 999Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi - VİDEO
00:012 398Günün qoroskopu: Təcrübəli, bilikli insanlardan yaxşı məsləhətlər ala bilərsiniz
TOP VIDEO
22:01"Crocus City Hall"da baş verən yanğının VİDEOsu
18:50Səmranın sensasiyalı görüntüləri - Artıq onunla... - VİDEO - FOTO
18:107 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO
SORĞU
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib
Azərbaycanda GECƏ DƏHŞƏTİ: Daha bir "Əhməd" tapıldı, bir ailəni qana qəltan etdi
Moskvada konsert zalında dəhşət: 12 ölü, 35 yaralı
Azərbaycanlı məşqçinin VİDEOsu gündəm oldu
Müğənni Vəfa Şərifova xəstəxanaya yerləşdirilib
***22:23
Son məlumata görə ölənlərin sayı 40 nəfərə çatıb. 100-dən çox yaralı var.
***22:11
Yaralıların sayının 50-yə çatdığı bildirilir.
"Crocus City Hall"dakı yanğının sahəsi 3000 kvadratmetrə qədər ola bilər. Binanın böyük hissəsi yanır. Binanın damı qismən uçub.
***21:57
Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda ölənlərin sayının 15-ə çatdığı bildirib.
Manset.az APA-ya istinadən xəbər verir ki, Moskva müxbiri xəbər verir ki, bu barədə "Readovka" teleqram kanalı məlumat yayıb.
"Mash" teleqram kanalı ilə konsert salonunda partlayış baş verdiyini, tavanın çökdüyü barədə məlumat yayıb.
"Mash" eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntülərini də yayıb.
***21:34
Rusiyanın paytaxtı Moskvadakı "Crocus City Hall"da kamuflyajlı naməlum şəxs avtomatdan atəş açıb. Hadisə "Piknik" qrupunun konserti başlamazdan əvvəl baş verib.
Manset.az bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxs avtomatdan atəş açıb və fişənglər atıb. Qaçan insanlar yerdə ən azı beş nəfər olan yaralıları görüblər. KİV-in məlumatına görə, azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
Atəş açanların 3 nəfər olduğu da bildirilir. Hazırda binada yanğın var.