“Crocus City Hall”da yaralananların müalicə aldığı xəstəxanada terror həyəcanı

15:55 - 25 Mart 2024

“Crocus City Hall”da yaralananların müalicə aldığı xəstəxanada terror həyəcanı

Moskvada bomba təhlükəsi ilə əlaqədar xəstəxanadan 700 nəfər təxliyə edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “First.news” məlumat yayıb.

Qeyd olunub ki, “Crocus City Hall”dakı terror aktı zamanı xəsarət alanların müalicə olunduğu xəstəxanadan 700 nəfər təxliyə edilib.

Məlumata görə, mümkün partlayışla bağlı məktub Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçt şöbəsinə göndərilib.

Sözügedən məktubda tibb müəssisəsinin bir neçə mərtəbəsində kürək çantasında yerləşən 40 dəqiqəlik taymerli fosforlu əldəqayırma partlayıcı qurğulardan bəhs olunub.

Məlumata görə, insanlar binadan çıxarılıb. Hadisə yerinə təcili xidmətlər gəlib.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin