Juninyo ilə bağlı yekun görüş

13:36 - 26 Mart 2024

Juninyo ilə bağlı yekun görüş

"Beşiktaş" "Qarabağ"ın hücumçusu Olavio Juninyodan əl çəkmir.

 

Manset.az İdman.Biz-ə istinadən bildirir ki, "qara-qartal"lar "sambaçı"nı Vinsent Abubakarın əvəzləyicisi kimi baxırlar.

İstanbullular "Qarabağ"ın istədiyi 8 milyon avro təklifini aşağı salmaq üçün danışıqları davam etdirir. Türkiyəlilərin idman direktoru Samet Aybaba ilə "Qarabağ" rəhbərliyi arasında yaxın günlərdə bu transfer üçün yekun görüşün keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Juninyo karyerası ərzində oynadığı 217 rəsmi matçda 44 qol, 12 asistlə yadda qalıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin