III Dünya müharibəsi başlaya bilər - ŞOK XƏBƏRDARLIQ

19:02 - 26 Mart 2024

III Dünya müharibəsi başlaya bilər - ŞOK XƏBƏRDARLIQ

NATO-ya üzv ölkələrin adından Ukraynaya qoşun yeridilməsinin mümkünlüyü ilə bağlı bəyanatlar III Dünya müharibəsi təhlükəsini yaxınlaşdırır. 


Manset.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Macar nazir bildirib ki, indi risk çox böyükdür: "Bu, həqiqətən böyük təhlükəlidir. Biz bu təhlükə ilə üzləşmək istəmirik. İndi III Dünya müharibəsinin dəhşətli riski yaxınlaşır".

Onun sözlərinə görə, NATO-ya üzv ölkələr dərk etməlidirlər ki, belə kritik vəziyyətdə təkcə hərəkətlər deyil, həm də sözlər böyük əhəmiyyət kəsb edir.

Nazir əlavə edib ki, hər dəfə NATO üzvü olan ölkələrdən Ukrayna ərazilərinə qoşun yeridilməsi barədə danışılanda genişmiqyaslı münaqişə riskləri artır.

Qeyd edək ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Ukraynaya avropalı əsgərlərin göndərilməsini istisna etməyib. Rusiya prezidenti isə NATO ölkələrini nüvə müharibəsi ilə hədələyib.

Jalə

Manşet.az


Xəbər xətti

22 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin