Şimali Koreya televiziyasinda cins şalvar senzuraya məruz qaldı

11:12 - 27 Mart 2024

Şimali Koreya televiziyasinda cins şalvar senzuraya məruz qaldı

Şimali Koreya dövlət televiziyası BBC-də "Garden Secrets" adlı verilişin 2010-cu il versiyasını yayımlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, efirə gedən kadrlarda televiziyası aparıcının cins şalvarına senzura tətbiq edilib.

Beləki, mavi rəngli cins şalvar Şimali Koreyada Qərb imperializminin simvolu hesab olunur və buna görə də qadağandır.

Şimali Koreya administrasiyasına görə, belə şalvarlar sosialist dövlətində yeri olmayan əşyalardır.

Qeyd edək ki, ölkədə cins şalvar geyinməyə qadağa 1990-cı illərdən başlayıb. Şimali Koreyanın hazırkı lideri Kim Çen In, həmçinin, Cənubi Koreyada çox məşhur olan yapışqan şalvar və köynəkləri sevmir.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin