“Crocus City Hall”da yaralananların sayı 360-a çatdı

12:10 - 27 Mart 2024

“Crocus City Hall”da yaralananların sayı 360-a çatdı

Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror zamanı xəsarət alanların sayı 360-a çatıb. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Onlardan 11-nin uşaq olduğu bildirilir. 63 nəfər artıq xəstəxanadan evə buraxılıb. 

Məlumata görə, yaralı sayının artması insanların terror baş verən gecə hadisə yerini şok halda tərk etməsi və dərhal həkimə müraciət etməməsi ilə əlaqəlidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az