Polşada polis keçmiş nazirin evinə basqın etdi

15:24 - 27 Mart 2024

Polşada polis keçmiş nazirin evinə basqın etdi

Polşada keçmiş ədliyyə naziri Zbiqnev Ziobronun evinə korrupsiya iddiaları ilə bağlı basqın edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Polşa Milli Prokurorluğu Daxili Təhlükəsizlik Xidməti xəbər verib.

Prokuror Przemyslaw Nowak, ABW qruplarının keçmiş ədliyyə naziri Zbiqnev Ziobronun hakimiyyəti dövründə Ədliyyə Fondunun istifadəsində korrupsiya iddialarının araşdırılması çərçivəsində Ziobro və dörd keçmiş deputatın mülkləri də daxil olmaqla, ölkə daxilində bir çox yerdə axtarış apardıqlarını açıqlayıb.

Polşanın təhlükəsizlik xidmətləri koordinatorunun sözçüsü Jacek Dobrzynski mətbuata açıqlamasında ABW-nin axtarışlarının "dövlət məmurlarının səlahiyyətlərini aşması və vəzifələrini yerinə yetirməməsi" iddiaları ilə bağlı olduğu barədə məlumat paylaşıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin