İngiltərədə İmperator Müharibə Muzeyində qorxunc QƏZA

17:15 - 27 Mart 2024

İngiltərədə İmperator Müharibə Muzeyində qorxunc QƏZA

İngiltərənin Kembric şəhərindəki İmperator Müharibə Muzeyinə təyyarə düşüb.

 

Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.

Hadisə çərşənbə axşamı günü saat 13.40 radələrində b aş verib.

İngiltərədəki tək mühərrikli Cirrus model kiçik təyyarənin İmperator Muzeyinə çırpılmasından sonra 56 yaşlı pilotun hadisə yerində öldüyü elan edilib.

Hadisə zamanı təyyarədə başqa sərnişinlərin olmadığı bildirilib.

Hava Qəzalarının Təhqiqat Bölməsi bu gün Duxfordda baş vermiş faciəvi qəza ilə bağlı araşdırmalarını davam etdirir.

Qeyd edək ki, İngiltərənin Kembric şəhərindəki Duxford İmperator Döyüş Muzeyi cümə gününə qədər ictimaiyyətə bağlı olacaq.

Jalə

Manşet.az



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin