ABŞ-da it evin həyətində bomba tapdı - VİDEO

23:15 - 28 Mart 2024

ABŞ-da it evin həyətində bomba tapdı - VİDEO

ABŞ-da evin həyətində oynayan it yerə basdırılmış bomba tapıb

 

Manset.az  bu barədə UPI portalına istinadən xəbər verir.

İtin sahibi Metyu Simsin dediyinə görə, Baby adlı ev heyvanı həyətdə oynayarkən qarajın yanında yerdən çıxan metal əşya aşkar edib. Ev sahibinin  dediyinə görə, cisim təxminən bir metr uzunluğunda və təxminən 30 kq ağırlığında olub. Bundan sonra amerikalı polisə zəng edib.

Gələn məmurlar yerdə bomba olduğunu müəyyən edib, istehkamçıları çağırıblar. Mütəxəssislər bunun 10 ildir bu vəziyyətdə qalmış partlamamış hərbi sursat parçası olduğunu müəyyən ediblər, lakin onun ora necə gəldiyini heç kim bilmir.

Əlavə təhlükəsizlik üçün polis əməkdaşları yaxınlıqdakı evlərin sakinlərini təxliyə edib, istehkamçılar isə mərmi çıxarıblar. Bundan sonra bombanın bir hissəsi xüsusi poliqona aparılıb və orada partladılıb. ///Qaynarinfo


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin