Göldə batan şəxs belə xilas edildi - VİDEO

13:25 - 30 Mart 2024

Göldə batan şəxs belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində Qırmızı göldə bir nəfər vətəndaşın balıq tutarkən ehtiyatsızlıqdan suya düşməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Manset.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində göldə batma təhlükəsində olan vətəndaş 1964-cü il təvəllüdlü Hacıyev Rahil Zöhrab oğlu dalğıclar tərəfindən xilas edilərək, aidiyyəti üzrə təhvil verilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin