Bəzi məhkəmələrə yeni hakimlər təyin olunacaq - Siyahı

18:17 - 30 Mart 2024

Bəzi məhkəmələrə yeni hakimlər təyin olunacaq - Siyahı

Ali Məhkəmə, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclis məlumat yayıb.

Bildirilib ki, qanun layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Həmin layihələr aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin